Məhkum ərinə heroin gətirdi
14 iyul 2020 09:41 (UTC +04:00)

Məhkum ərinə heroin gətirdi

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a daxil olan məlumata görə, Cinayət Məcəlləsinin 234.1, 93.1.2-ci maddəsinə əsasən təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Süleyman Rafiq oğluna arvadı Bakı şəhər sakini Seyidova Nigar Pənah qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman coraba hopdurulmuş 0,128 qram narkotik vasitə “heroin” aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 2479
avatar

Mehman Nəbiyev

Oxşar yazılar