Oğurluğa görə axtarışda olan qadın tutuldu
14 iyul 2020 09:06 (UTC +04:00)

Oğurluğa görə axtarışda olan qadın tutuldu

Bakıda mənzildən oğurluq olub.

Lent.az-ın məlumatına görə, iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgərov küçəsində yerləşən evlərin birindən 700 manat pul oğurlanıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də oğurluq etdiyi üçün axtarışda olan, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2523

Oxşar yazılar