6877
19:34
11 İyul 2020

“5G” tətbiqli yeni “iPhone”un qiyməti məlum oldu

Yeni “iPhone” modelləri aktual nəsil “Apple” smartfonlarından daha bahalı olacaq.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssisin məlumatına görə, 5,4 düymlük “iPhone 12” smartfonunun qiyməti 749 dollar təşkil edəcək ki, bu da “iPhone 11” modelinin əsas versiyasından 50 dollar bahadır.

ABŞ brendinin qabaqcıl modellərinin bahalaşması “5G” texnologiyalarının tətbiqi və “OLED” ekranlardan istifadə ilə əlaqədardır. Analitikin fikrincə, qiymətlərin bahalaşması tələbata təsir göstərməsə də, “Apple” şirkətinin “iPhone” dəstində pulsuz aksesuarlardan imtinası fonunda suallar doğurur.

C.P seriyaya daxil olacaq digər modellərin qiyməti barədə məlumat verməyib. Jurnalistlərin ehtimalına görə, “iPhone 12” modelinin 6,1 düymlük versiyasının qiyməti 799-849 dollar arasında dəyişəcək. Bununla yanaşı, bahalaşmanın brendin 2019-cu ildə müvafiq olaraq 999 və 1099 dollar qiymətləndirilən “Pro” və “Pro Max” modellərinə şamil ediləcəyi məlum deyil.

Analitik informasiyası “iPhone 12” modelinin qiyməti barədə hamıdan birinci məlumat verən bloger Con Prosserin proqnozundan fərqlənir. Blogerin versiyasına görə, seriyanın ən ucuz qurğusu 649 dollar dəyərində qiymətləndiriləcək. Digər üç model müvafiq olaraq 749, 999 və 1099 dollar qiymətində satışa çıxarılacaq.