İranda son sutkada 188 nəfər COVID-19-dan öldü
11 iyul 2020 15:00 (UTC +04:00)

İranda son sutkada 188 nəfər COVID-19-dan öldü


İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 188 nəfər vəfat edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 12635 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa  2397 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 255117 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 217666 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3338 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.

# 3286
avatar

Oxşar yazılar