Evində 15 kilo narkotiklə yanaşı tüfəng də tapıldı
11 iyul 2020 14:32 (UTC +04:00)

Evində 15 kilo narkotiklə yanaşı tüfəng də tapıldı

Ağcabədi sakinindən külli miqdarda narkotik maddə götürülüb.

Lent.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Aran kənd sakini, əvvəllər məhkum olunmuş A.Cabbarovdan 2,40 qram marixuana götürülüb.

A.Cabbarovun evinə baxış zamanı 1 ədəd qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng, habelə həyətyanı sahədən 15 kiloqram marixuana aşkarlanıb.

# 2767
avatar

Mehman Nəbiyev

Oxşar yazılar