
Oğurluq etdikləri evi yandıran "dostlar" tutuldu - FOTO

DİN-in “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və zəruri bilinən istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa təqdim edilib. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Bakıda sürücü iki avtomobilin arasında qaldı - FOTO
22 yanvar 2021 , 04:36
Yol buz bağladı, 11 avtomobil toqquşdu - Bakıda qəza - FOTO
22 yanvar 2021 , 01:58
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO
22 yanvar 2021 , 00:13
Abşeronda avtoqəza: 4 nəfər xəsarət aldı - FOTO
21 yanvar 2021 , 22:38
Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26