
Yığıncaq keçirən və maskasız aşkar olunan sakinlər cərimələndi

Şirvan polis şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Şirvan şəhəri L.T.İbrahimov küçəsindəki binada mənzillərdən birində əsgərlikdən qayıdan oğlu üçün karantin qaydalarını pozaraq yığıncaq keçirən ev sahibi və qonaqlıqda iştirak edən 6 nəfər şəhər polis şöbəsinə gətirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, xüsusi karantin qaydalarını pozan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub. Qonaqlıqda iştirak edən qadınlara humanistlik göstərilib, onlara yerində ciddi xəbərdarlıq edilməklə oranı dərhal tərk etmələri tələb olunub.
Reyd zamanı qapalı yerlərdə - mağazalarda, bərbər salonunda, iaşə obyektlərində maskadan istifadə etməyən daha 7 nəfər barəsində inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.
Eyni zamanda bir neçə iaşə obyekti karantin qaydalarını və sosial məsafəni pozduğuna görə qapadılıb, obyekt sahibləri şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə olunublar. Karantin rejiminin qaydalarına riayət etmək üçün görülən tədbirlər çərçivəsində polis reydləri davam etdirilir.

Oxşar yazılar

Bakıda sürücü iki avtomobilin arasında qaldı - FOTO
22 yanvar 2021 , 04:36
Yol buz bağladı, 11 avtomobil toqquşdu - Bakıda qəza - FOTO
22 yanvar 2021 , 01:58
Bakıda koronavirus xəstəsi itkin düşdü - FOTO
22 yanvar 2021 , 00:13
Abşeronda avtoqəza: 4 nəfər xəsarət aldı - FOTO
21 yanvar 2021 , 22:38
Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26