Ukraynada “Lotu Quli”nin adamları saxlanılıb - VİDEO
07 iyul 2020 18:12 (UTC +04:00)

Ukraynada “Lotu Quli”nin adamları saxlanılıb - VİDEO


Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Odessa şəhərində “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun dəstəsinin üzvlərini saxlayıb.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, dəstə üzvləri yerli sahibkarlardan bir nəfərini qaçırmağa hazırlaşıb və Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları bundan xəbər tutublar.

Ümumilikdə dəstəyə 10-dan çox yerli sakin daxildir. Onlar əvvəlcə süni şəkildə münaqişə vəziyyəti yaradaraq daha sonra zərərçəkənlərdən məsələnin həlli üçün külli miqdarda pul vəsaiti tələb ediblər. Vəsaiti ödəməyəcəkləri təqdirdə onları ölümlə hədələyiblər.

Qeyd olunub ki, dəstə üzvlərinə azərbaycanlı “qanuni oğru” Nadir Səlifov (“Lotu Quli”) nəzarət edib.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 3232
avatar

Oxşar yazılar