09:23
06 İyul 2020

Suares 3-cülüyə şərik çıxdı – “Barselona” tarixində

İspaniya “Barselona”sının futbolçusu Luis Suares klub tarixinin bombardirləri siyahısında 3-cü sıraya şərik olub.

Apasport.az saytının məlumatına görə, La Liqanın XXXIV turunun “Vilyarreal”la matçında (4:1) fərqlənən uruqvaylı Kataloniya təmsilçisinin heyətində 194-cü qolunu vurub.

O, bu göstəricidə Laslo Kubalaya çatıb. Suares 2-ci pillədəki Sezar Rodrigesdən 38 top geri qalır. “Barselona”nın rekordçusu isə 630 dəfə fərqlənən Lionel Messidir.

Qeyd edək ki, “Vilyarreal” üzərində qələbədən sonra xal hesabını 73-ə çatdıran barselonalılar La Liqanın turnir cədvəlində ikincidir.

Dİgər xəbərlər