Qanunsuz at kəsənlər aşkarlandı
03 iyul 2020 16:35 (UTC +04:00)

Qanunsuz at kəsənlər aşkarlandı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunsuz ət kəsənlər aşkarlanıb.

Qurumdan Lent.az-a bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kiloqrama yaxın at əti aşkarlayıb. Yoxalama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib.

\Götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.

# 1954
avatar

Oxşar yazılar