FHN dezinfeksiya işlərini davam etdirir  - VİDEO
03 iyul 2020 11:27 (UTC +04:00)

FHN dezinfeksiya işlərini davam etdirir - VİDEO

Azərbaycan Respublikası ərazisində koronavirusla (COVID-19) mübarizə məqsədilə ölkə başçısı  İlham Əliyevin göstərişi əsasında kompleks effektli tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, FHN koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Operativ Qərargahın Bakı şəhəri üzrə müəyyən etdiyi obyektlərdə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən dezinfeksiya tədbirləri davam etdirilir, müxtəlif məkanlar xüsusi məhlulla dezinfeksiya edilir.

Dezinfeksiya işlərinin mütəmadi olaraq aparılması nəzərdə tutulur.

# 1327
avatar

Oxşar yazılar