Restoran sahibi qardaşını güllələdi
02 iyul 2020 12:39 (UTC +04:00)

Restoran sahibi qardaşını güllələdi

İyulun 1-də saat 7 radələrində Qəbələ rayonu, Vəndam qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birində, sahibkar olan qəsəbə sakini R.Rəhimov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı Azəri qətlə yetirərək hadisə yerini tərk edib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən R.Rəhimov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan  “İJ” markalı ov tüfəngi götürülüb.

Qəbələ rayon Prokurorluğunda araşdırma aparılır.

# 2602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar