İranda meşə yanğınlarına görə 40 nəfər həbs edildi
01 iyul 2020 19:19 (UTC +04:00)

İranda meşə yanğınlarına görə 40 nəfər həbs edildi

İranda son günlər baş vermiş meşə yanğınları ilə bağlı 40 nəfər həbs olunub.  

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın meşələrin, əkin sahələrinin və  su resurslarının mühafizəsi üzrə təşkilatın sədri Əli Abbasnejad deyib.

O deyib ki,  baş vermiş yanğınların bir qismi quru hava şəraiti ilə əlaqəli olsa da, bir qismi şübhəlidir və qəsdən törədilib. Ğ

Qeyd  edək ki, ötən həftələr İranın qərb və şimal bölgəsində meşə yanğınları baş verib.  İran rəsmiləri bu yanğınların qəsdən törədildiyini bildirir. 

Meşə yanğınları minlərlə hektarda ağacın yanması ilə yanaşı bir neçə nəfər ekoloji fəalın  ölməsinə  səbəb olub.

# 2560
avatar

Oxşar yazılar