15:46
01 İyul 2020

Otaqlarınızın rəngi psixologiyanıza necə təsir edir?

Psixoloqların fikrincə oturduğunuz otağın rəngi özünüzü necə hiss etməyinizə təsir edər. Qırmızıya boyanmış divarlar diqqətinizi cəmləməyə kömək edərkən, mavi sizi sakitləşdirir. Divarları doğru rəngə boyamaq, ehtiras, xoşbəxtlik və iştaha açmağa olan ehtiyacınızı qarşılayır, arzu etdiyiniz şeyləri əldə etməyinizə yardımçı olur.

Lent.az xarici KİV-ə istinadən divarlarınızı boyayarkən diqqət etməli olduğunuz bəzi məqamları sizə təqdim edir.

Otaqlarımızın rəngi bəzən xarakterimizdən xəbər verir. Bəzilərimiz isə bu rəngləri seçərkən elə də çox düşünmürük. Mövzu ev dekorasiyasıdırsa ilk növbədə rəngləri doğru seçməliyik. Unutmayaq ki, trednlər gəlib keçir.

Burada əsas məqsəd sevdiyiniz rəngləri doğru sintez etməkdir. Rənglər otağın ölçülərini dəyişdirmə gücünə sahibdir. Açıq rənglər otağı geniş və işıqlı göstərərkən, tünd rənglər isti və incə bir görüntü yaradır. Adətən geniş otaqlara tünd divar boyaları məsləhət görülür.

Qırmızı otağınızın enerji səviyyəsini yüksəldir. Qonaq otağında bu rəngə üstünlük vermək, söhbətlərin daha şən keçməsinə şərait yaradır.

Sarı divar boyaları otaqda işıqlı bir görüntü yaradır. Canlandırıcı mətbəx və hamam otaqları üçün ideal seçimdir. Lakin unutmayaq ki sarı bəzən əsəb hissinin artmasına səbəb ola bilir. Mütəxəssislər sarı divarlı qapalı məkanlarda insanların əsəblərini cilovlaya bilməmə riskinin daha yüksək olduğunu söyləyib.

Mavi rəngin qan təzyiqini aşağı salmaq, nəfəs alma və ürək ritmini tənzimləmək kimi sakitləşdirici funksiyaları olduğu bildirilir. Məhz bu səbəbdən də, yataq və hamam otaqları üçün istifadəsi daha məqsədə uyğundur.

Narıncı həyəcan, coşqu oyandıran enerji dolu bir rəngdir. Yataq və qonaq otağı üçün çox məsləhət görülməsə də məşq otağı üçün möhtəşəm seçimdir.

Banu

Dİgər xəbərlər