Mədəniyyət Nazirliyindəki yoxlama ilə bağlı AÇIQLAMA - RƏSMİ
01 iyul 2020 13:02 (UTC +04:00)

Mədəniyyət Nazirliyindəki yoxlama ilə bağlı AÇIQLAMA - RƏSMİ

Hazırda Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində hər hansı yoxlama aparılmır.

Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən bildirilib. Verilən məlumata görə, Hesablama Palatası 2019-cu ildə Mədəniyyət Nazirliyində nazirliyin və tabe müəssisələrin 2017-2018-ci illər üzrə fəaliyyətini əhatə edən audit yoxlaması aparıb.

Qeyd edək ki, son günlər bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Mədəniyyət Nazirliyində yoxlamanın keçirilməsi barədə xəbərlər yayılıb.

# 7276
avatar

Oxşar yazılar