1666
17:19
30 İyun 2020

Sumqayıtda yataqxanada yanğın: zəhərlənən var - FOTO


Sumqayıtda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində 8 saylı yataqxananın 4-cü mərtəbəsindəki mənzildə qeydə alınıb. Yanğın nəticəsində mənzil 20 kv/m sahədə yanıb, orada olan əşyalar yararsız hala düşüb. Əraziyə yanğınsöndürənlər cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı həmin evdə yaşayan 2000-ci il təvəllüdlü Soltanov Soltan Rasim oğlu tüstüdən zəhərlənib. Ona təcili tibbi yardım əməkdaşları tərəfindən yardım göstərilib.

Yanğının başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.