12:55
30 İyun 2020

Koronavirus xəstəsi özünü pəncərədən atdı - Ermənistanda

Ermənistanın Artaşat rayonundakı tibb mərkəzlərindən birində koronavirusdan müalicə alan 55 yaşlı pasient özünü palatanın pəncərəsindən atıb.

Lent.az -ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan səhiyyə nazirinin mətbuat katibi Alina Nikoqosyan özünün Facebook səhifəsində yazıb.

“Biz bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırdıq. Pasient “Surb Qriqor Lusavoriç” mərkəzinə köçürüldü. O, çoxsaylı sınıqlarla həmin mərkəzə yerləşdirilib. Hazırda vəziyyəti ağırdır”, - Nikoqosyan yazır.

Dİgər xəbərlər