12:56
29 İyun 2020

Ermənistanda iki hərbçi qardaş qəzaya düşdü: biri öldü

İyunun 28-də saat 13:20-də Tavuş vilayətinin Artsvaberd qəsəbəsinin “Taqavorats” məhəlləsində traktor aşıb.

Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, hadisə yerinə gələn xiasedicilər “DT-75” markalı traktorun altından sərnişin 37 yaşlı Karen Babasyanı və onun 30 yaşlı qardaşı, sürücü Akop Babasyanı çıxararaq tibb mərkəzinə aparıblar.

Akop Babasyan tibb mərkəzində özünə gəlmədən ölüb.

Araşdırma zamanı məlum olub ki, qəzaya düşənlər qardaşdırlar və Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmət edirlər.

Dİgər xəbərlər