09:47
28 İyun 2020

Daha bir ölkədə koronavirusa yoluxanların sayı artır

Ötən sutka ərzində Qazaxıstanda daha 461 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Lent.az -ın xəbərinə görə, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 2,3 faiz artıb.

Ümumilikdə, indiyə qədər ölkədə 20 min 780 nəfər COVİD-19-a yoluxub, 12 min 768 nəfər sağalıb, 166 nəfər ölüb.

Dİgər xəbərlər