DÜNYAYA ŞAD XƏBƏR - Koronavirusu 25 saniyədə məhv edən üsul
26 iyun 2020 11:22 (UTC +04:00)

DÜNYAYA ŞAD XƏBƏR - Koronavirusu 25 saniyədə məhv edən üsul

 

Boston Universitetinin Milli Yoluxucu Xəstəliklər Laboratoriyasının tədqiqatçıları təcrübə əsasında koronavirusu 25 saniyədə məhv etməyin üsulunu əldə ediblər.

Lent.az “biospace” xəbər portalına istinadən xəbər verir ki, tədqiqatçılar koronavirusu uzaq məsafədən ultrabənövşəyi radiasiya ilə tamamilə aradan qaldırmağa nail olublar. 

Mikrobioloq Entoni Qriffit başda olmaqla bir qrup elm adamı SARS-CoV-2 virusuna yoluxmuş sahəni müxtəlif dozalarda ultrabənövşəyi şüalanma ilə müalicə edərək, təcrübədə onun məhv edilmə sürətini də qiymətləndiriblər.

# 96232
avatar

Rəşad Sarıyev

Oxşar yazılar