108748
11:41
24 İyun 2020

Əməkdar artist oğlundan DANIŞDI: "Mənimlə maraqlanmır..." - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva oğlu barədə danışıb.

Lent.az -ın məlumatına görə, müğənni "Ulduzlu yayım" verilişində bildirib ki, övladı onun geyimlərinə müdaxilə edir:

"Əvvəllər düşünürdüm ki, oğlum bizim sahənin adamı deyil, mənimlə maraqlanmır. Amma arada bəzi nüanslar oldu, hiss etdim ki, oğlum mənim bütün müsahibələrimə də baxırmış. Uşaq olanda, 12-13 yaşında mənim geyimlərimə çox qarışırdı. Deyirdi ki, qısa geyinmisən. Böyüyəndən sonra da dedi ki, mama, yaşlı qadınsan, bu nədi geyinmisən? Oğlum ailə qurandan sonra mənə olan fikirləri dəyişdi. Hər bir halda övladlarımızın fikri bizim üçün əsas olmalıdır".