“Nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik” – Prezidentə yazırlar...
20 iyun 2020 14:50 (UTC +04:00)

“Nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik” – Prezidentə yazırlar...

Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da pandemiya əleyhinə mübarizə çərçivəsində ciddi tədbirlər həyata keçirilməkdədir. Koronavirusun yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyev tərəfindən konkret tapşırıqların verilməsi, ilk növbədə Azərbaycan vətəndaşının sağlamlığının qorunması üçün görülən əməli tədbirlər hər kəsdə rəğbət hissi yaradır. Bu hiss ölkə başçısına ünvanlanan minnətdarlıq məktublarında da özünü büruzə verməkdədir.  

Lent.az Neftçala şəhər sakini Mirzəyev Rövşən Qaib oğlu tərəfindən ölkə rəhbərinə ünvanlanan məktubu təqdim edir:

“Hörmətli cənab Prezident.
Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, bu çətin dövrdə xalqımızı bəşəriyyəti bürümüş koronavirus bəlasından qoruyursunuz. Pandemiya müxtəlif ölkələrdə minlərlə insanın ölümünə səbəb olub. Azərbaycanda isə Sizin verdiyiniz müdrik qərarlar sayəsində bu dəhşətli bəlanın zamanında qarşısının alınması üçün lazımi tədbirlər həyata keçirildi. Ümumdünya Səhiyyə Təşkilatı da ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan tədbirləri yüksək qiymətləndirir və bu addımlar başqa dövlətlərə nümunə göstərilir. Biz nümunəvi ölkənin vətəndaşları olduğumuz üçün fəxr edirik.
Möhtərəm cənab Prezident, Ulu Tanrı Sizə və ailənizə kömək olsun”.

# 5413
avatar

Rəşad Sarıyev

Oxşar yazılar