1489
17:38
19 İyun 2020

Çirkli yerdə pendir istehsal edən müəssisələr aşkarlandı

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində Abışov Hümmət Xəlil oğluna məxsus qida təhlükəsizliyi qeydiyyatından keçməyən süd toplama müəssisəsində, eləcə də Təzəkənd kəndində fəaliyyət göstərən "Proqress" Heyvandarlıq-südçülük kooperativinin süd toplama məntəqəsində reyd keçirib.

AQTA-dan Lent.az -a verilən məlumata görə, hər iki müəssisədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl edilmədiyi, giriş hissədə dezbaryerlərin quraşdırılmadığı, havalandırma sistemi və pəncərələrdə həşəratlardan qoruyucu torun olmadığı aşkarlanıb. Eyni zamanda istehsal zamanı istifadə edilən məhsulların açıq hava şəraitində saxlanıldığı, süd məhsullarının müayinəsinin aparılmadığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.