11:43
19 İyun 2020

Nadir Qafarzadə yarışma iştirakçısını qınadı - VİDEO

Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man” artıq yarımfinal mərhələsindədir.

Lent.az xəbər verir ki, seçilmiş 10 iştirakçıdan 5-i münsiflər tərəfindən, 5 iştirakçı isə bəyənmə sayına görə seçilib. Yarışmanın münsiflərindən olan Nadir Qafarzadənin iştirakçılar haqqında olan ilk fikirləri yayımlanıb. Səs analizi aparan münsif yarışma iştirakçıları haqqında müqayisəli fikirlərini bildirdi. Hətta N.Qafarzadə, onlardan bəzilərini qınamaqdan belə çəkinmədi.

Qeyd edək ki, öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan amma geniş kütle qarşına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır. Yarımfinala qalan 10 nəfərdən 5-i yanlız tamaşaçıların bəyənmə sayı ilə finala qalacaqlar.

Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.

Onu da qeyd edək ki, Lent.az yarışmanın informasiya dəstəkçisidir.

Dİgər xəbərlər