İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti arasında videokonfrans keçirilib
17 iyun 2020 17:17 (UTC +04:00)

İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti arasında videokonfrans keçirilib

Dünya Bankının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfrans keçirilib.

APA-nın xəbərinə görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Natiq Əmirov və Mərkəzi Bankın sədri Elman Rüstəmov iştirak ediblər.

# 2281
avatar

Oxşar yazılar