13:33
17 İyun 2020

O, tarixə bu rekordla da düşə bilər

İtaliyanın “Yuventus” klubunun futbolçusu Canluici Buffon tarixi nailiyyətə imza ata bilər.

Apasport.az saytının məlumatına görə, 42 yaşlı qapıçı İtaliya kubokunu ən çox qazanan futbolçu adına şərik çıxmaq imkanına malikdir.

Bunun üçün onun komandası “Napoli” ilə final matçında qalib gəlməlidir. “Yuventus” bu gün keçiriləcək həlledici oyunu aktivinə yazarsa, Buffon 6-cı dəfə kuboku başı üzərinə qaldıracaq.

İtaliya kuboku tarixində yalnız Roberto Mançini bu qədər titula yiyələnib. Rekordu təkrarlamaq imkanı olan Canluici iki klubla uğur əldə edib. O, bir dəfə “Parma”, dörd dəfə “Yuventus”la kuboku başı üzərinə qaldırıb.

Dİgər xəbərlər