1387
16:34
16 İyun 2020

Bakıda birinci sinif üçün qeydiyyatdan bu qədər uşaq keçib

“Növbəti tədris ilində birinci sinifdə təhsil alacaq 44 minə yaxın uşaq onlayn qeydiyyatdan keçirilib".

Lent.az xəbər verir ki, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.

Onun sözlərinə görə, həmin uşaqların valideynləri yaxın ərazilərdə yerləşən məktəblərə sorğular yerləşdirirlər. Avqust ayının ikinci yarısından başlayaraq onlar həmin məktəblərə sənədlərini təqdim edə biləcəklər.