1072
14:42
12 İyun 2020

Dörd ayda 20 mindən çox adam ölüb - RƏSMİ

Bu ilin dörd ayında ölkə üzrə 20519 ölüm halı qeydə alınıb.

Lent.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu müddət ərzində əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,2 təşkil edib.

Qeyd edək ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 14473 nəfər və ya 0,1 faiz artaraq may ayının 1-i vəziyyətinə 10081581 nəfərə çatıb. Əhalinin 52,8 faizi şəhər, 47,2 faizi kənd sakinləri, 49,9 faizi kişilər, 50,1 faizi isə qadınlardır.