772
11:51
12 İyun 2020

Azərbaycanda bir ildə 299 orqan köçürmə əməliyyatı keçirilib

2019-cu ildə orqanların və toxumaların transplantasiyası üzrə 163 nəfər üzərində 299 əməliyyat həyata keçirilib.

Dövlət Statistika Komitəsindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, əməliyyat aparılanlardan 110 nəfəri kişi, 53 nəfəri isə qadındır.

Bildirilib ki, əməliyyatlardan 22-si gözün buynuz qişası, 40-ı sümük iliyi, 110-u qaraciyər və onun seqmentləri, 122-si böyrək və onun seqmentləri, 2-si sümüklər və onların seqmentləri, 1-i əzələlərin və vətərlərin transplantasiyası üzrə olub. 2 əməliyyat isə digər orqan və toxumalar üzərində aparılıb.

Qeyd olunub ki, əməliyyat olunanlardan 41 nəfəri 0-17 yaş aralığında olan uşaq resipiyentlərdir.