09:31
12 İyun 2020

Uşaqlar hər gün dondurma yesə…

"Yay gəldisə, hər gun dondurma yeyilməlidir deyə bir şey yoxdur. Həftədə 2-3 dəfə bəsdir".

e-tibb.az xəbər verir ki, bunu həkim-pediatr Aytən İsmayılzadə açıqlayıb. Onun sözlərinə görə, dondurmanın hər gun yeyilməsi məsləhət deyil: “Keyfiyyətli dondurmanın da faydaları olduğu kimi zərərli də ola bilir. Əhvalı yüksəldir, həyat eşqini artirır, sevindirir. Bununla yanaşı dondurma öncə bir süd məhsuludur. İnək südünə allergiyası olanlar, laktoza intoleransı olanlar üçün nəzərə alınmalıdır. Dondurmanın tərkibində həm də yumurta olduğunu yadda saxlamaq, yumurta allergiyası olanlar üçün təhlukəli ola biləcəyini unutmaq olmaz. Dondurma ağacda bitmir, onu insan hazırlayır. İnsan hazırlayirsa, dadlı olsun və xarab olmasın deyə içinə nə istəsə qatır. Dondurmanın buzu açılmır sanmayın. Buzu əriyib sonra donanlar var”...

Pediatr vurğulayıb ki, dondurma uçun soyuq zəncir pozulmamalıdır. Pozulsa, o xarab olmuş qida kimi zəhərlənməyə səbəb ola bilər: “Dondurmanın istehsalı zamanı gigiyena qaydalarina riayət edilməsə, bu məhsul əriməsə də mikrob yarana bilər. Bu da yenə qida toksikoinfekasiyasına səbəb olur. Belə hallarda qusma, ishal, qarın ağrısı, baş ağrısı əlamətləri yaranır. Dondurmalara əlavə edilən rəngləyici maddələr də allergik reakaiyalara səbəb ola bilər".

Soyuğa həssaslığı olan uşaqlarda dondurma yemək gecə inağına səbəb olur. Astma, allergik rinit, xroniki xəstəlikləri, dəri problemləri, artıq çəkisi, piylənmə, şəkərli diabet, metabolik pozulması olan uşaalarla bağlı ehtiyatlı olmaq lazımdır. Uşaqlara üç yaşdan sonra dondurma verilməlidir. Bir stəkan dondurmada isə 25 ədəd qənd tikəsi qədər şəkər olduğunu bilməliyik və birdən artıq vermək olmaz. İştahı zəif uşaq gundə bir dondurma yeyərsə, onda başqa yeməklərə görə iştaha oyatmaq çətin olar.

Dİgər xəbərlər