13:07
10 İyun 2020

Baş nazirin qatili 34 ildən sonra tapıldı

İsveçin baş naziri Uolf Palmenin qatili 34 il sonra tapılıb.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, bu haqda ölkənin baş naziri Krister Petersson məlumat verib.

Prokurorluq müəyyən edb ki, Palmeni dizayner Stiq Enqstryom öldürüb. Prokuror qeyd edib ki, təqsirkar vəfat etdiyindən ona ittiham irəli sürmək mümkün deyil. Bu səbəbdən də iş bağlanıb.

Enqstryomu hələ 2018-ci ildə baş nazirin öldürülməsində şübhəlilərdən biri kimi adı çəkilib. Buna əsas şahidlərin ifadələri olub. Dizayneri polislər dindiriblər, söhbət zamanı ifadəsində çaş-baş qalıb və Palmenin öldürüldüyü gün harada olduğunu dəqiq deyə bilməyib.

Enqstryom 2000-ci ildə intihar edib.

İsveçin baş naziri, Sosial-demokrat partiyasının lideri Uolf Palme 1986-cı il febralın 28-də, həyat yoldaşı ilə kinoteatrdan qayıdanda güllələnib.

Dİgər xəbərlər