Həzrəti Məryəm və İsa peyğəmbərə aid tarixi əlyazmanı satmaq istədilər - FOTO - VİDEO
06 iyun 2020 19:00 (UTC +04:00)

Həzrəti Məryəm və İsa peyğəmbərə aid tarixi əlyazmanı satmaq istədilər - FOTO - VİDEO

Türkiyənin Diyarbəkir vilayətində 3 nəfərin tarixi kitabları satmaq istəmələri barədə polisə məlumat daxil olub.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri həmin şəxslər saxlanılıblar.

Saxlanılan şəxslərə baxış keçirilən zaman 36 yarpaq və 18 səhifədən ibarət, dəri üzərində ibranicə yazılmış əlyazma kitab tapılıb. Bundan əlavə, onlardan Həzrəti Məryəm və İsa peyğəmbərin fiqurlarının olduğu tablo, sənədsiz silah, həmin silaah aid daraq və 16 patron ələ keçirilib. Faktla əlaqəli ümumilikdə 6 nəfər saxlanılıb.

Ələ keçirilən tarixi kitablar Dicle Universiteti Gözəl Sənətlər fakültəsinə verilib. 

Araşdırma davam etdirilir.

# 4903
avatar

Mehman Nəbiyev

Oxşar yazılar