Əkdiyi çətənənin güdazına getdi...
06 iyun 2020 09:54 (UTC +04:00)

Əkdiyi çətənənin güdazına getdi...

Xaçmazda narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri ilə rayon sakini Şöhrət Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zamanı həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 41 ədəd çətənə kolları aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ş.Quliyev həmin kollarını şəxsi istifadəsi üçün əkib-becərdiyini etiraf edib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

# 3676
avatar

Mehman Nəbiyev

Oxşar yazılar