Yalnız bu şəxslər “icaze.e-gov.az” portalına müraciət əsasında küçəyə çıxa biləcəklər
06 iyun 2020 00:50 (UTC +04:00)

Yalnız bu şəxslər “icaze.e-gov.az” portalına müraciət əsasında küçəyə çıxa biləcəklər

0

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarın qüvvəyə minməsi ilə əlaqədar bu gündən 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qeyd edək ki, “icaze.e-gov.az” portalı artıq aktivləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 10338

Oxşar yazılar