Gündəlik çay içməyin 2 FAYDASI
04 iyun 2020 09:09 (UTC +04:00)

Gündəlik çay içməyin 2 FAYDASI

Çayın sağlamlığa təsiri barədə hər zaman fərqli fikirlər səslənib. Ənənəvi olaraq bir qisim çayı ziyanlı hesab etsə də, son illərdə çayın faydalarına dair bir çox tədqiqatlar aparılıb. Yeni araşdırmaya görə, gündəlik olaraq çay içmək xolesterin balansını və ürəyin vəziyyətini yaxşılaşdırır.

E-tibb.az xəbər verir ki, tədqiqatlar zamanı alimlər aşkar ediblər ki, xolesterinin səviyyəsini normallaşdırmağa  və ürək xəstəliklərinin yaranması riskini azaltmağa gündəlik çay içməklə nail olmaq olar.
Mütəxəssislər 80 000 nəfərin vəziyyəti haqda məlumatları təhlil edərkən müəyyən ediblər ki, əgər müntəzəm olaraq çay içilərsə, bu, ürəyin vəziyyətini yaxşılaşdıra, həmçinin aşağı sıxlıqlı lipoproteinlərin səviyyəsini azalda bilər. Müntəzəm olaraq çaydan istifadə edən eksperiment iştirakçıları "yaxşı" və "pis" xolesterinin səviyyəsinin daha yaxşı nisbətini nümayiş etdiriblər. Bu zaman müəyyən olub ki,  yaşla bağlı olararaq "yaxşı" xolesterinin səviyyəsinin azalması yavaşıyır və bu da ürək-damar xəstəliklərinin inkişafından qoruyur.

# 5362
avatar

Oxşar yazılar