4504
16:06
03 İyun 2020

“Vəziyyət fəlakətlidir, xəstəxanalarda yer yoxdur” - Paşinyan

“Xəstəxanalarda faktiki olaraq yer qalmayıb, yoluxma bu templə getsə, ümumiyyətlə yer olmayacaq”.

Lent.az -ın Rusiya KİV-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebok səhifəsində canlı yayımda çıxışında bildirib.

Paşinyan onu da qeyd edib ki, sosial şəbəkələri izləyərkən ölkəsindəki real durumun şahidi olub. Baş nazir pandemiya ilə bağlı Ermənistandakı vəziyyəti “fəlakətli” adlandırıb.

Xatırladaq ki, bu gün qədər Ermənistanda 10,5 min nəfər virusa yoluxub, 170 nəfər vəfat edib