4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO
03 iyun 2020 00:02 (UTC +04:00)

4 avtomobil toqquşdu, xəsarət alanlar var - FOTO


 

Göyçay rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 23 radələrində Göyçay-Ucar yolunun 8-ci kilometrliyində, Xəlitli kəndi ərazisində qeydə alınıb. 

Göyçay sakinləri, 1995-ci il təvəllüdlü Şahin Məmmədovun idarə etdiyi "VAZ 2106", 1996-cı il təvəllüdlü Aqşin İsmayılovun idarə etdiyi "Wolkswagen Passat", Nurlan Vəliyevin idarə etdiyi "VAZ 21014", 1978-ci il təvəllüdlü Seymur Şirinovun idarə etdiyi "Mersedes Sprinter" markalı yük avtomobilləri toqquşub. 

Hadisə zamanı Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ariz İsmayılov, Nurlan Vəliyev və başqa 2 nəfər müxtəlif xəsarətlərlə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Hadisə yenicə baş verdiyi üçün digər 2 yaralının adı hələlik məlum deyil. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229

Oxşar yazılar