2116
10:02
02 İyun 2020

Oyun salonlarında karantin qaydaları belə pozulur - FOTO

Bakıda karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan obyektlər aşkarlanıb.

Lent.az -ın məlumatına görə, Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 22-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə Rəşid Behbudov 18-də “05”, Nizami 8 ünvanlarında “Baku City” internet əyləncə - oyun salonlarının sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 25 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahibləri – 1981-ci il təvüllüdlü Teymur Səmədov, 1974-cü il təvəllüdlü Zaur Hüseynov 1500 manat, digərləri 100 manat cərimə olunublar.