Bakının mərkəzində ələ keçdi: 6 kilo marixuana...
02 iyun 2020 09:42 (UTC +04:00)

Bakının mərkəzində ələ keçdi: 6 kilo marixuana...

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Lent.az-ın məlumatına görə, Səbail rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

Rayonun Nasosnu küçəsində yaşayan 1985-ci il təvəllüdlü Şəhriyar Əliyevdən 10 ədəd kibrit qutusunda 15,358 qram və iki ədəd sellofon torbada 6 kq 458 qram marixuana aşkar edilərək götürülüb. 

Faktla bağlı araşdırma aparılır. 

# 1501
avatar

Mehman Nəbiyev

Oxşar yazılar