<font color=red>®</font> İrşad Electronics talassemiyalı uşaqlar üçün qan hədiyyə etdi
01 iyun 2020 15:36 (UTC +04:00)

® İrşad Electronics talassemiyalı uşaqlar üçün qan hədiyyə etdi

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə İrşad Electronics-in rəhbərliyi və əməkdaşları könüllü olaraq qan veriblər. “Ən gözəl hədiyyə həyatdır!” şüarı altında təşkil edilən aksiyada məqsəd irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara yardım etməkdir. Korporativ sosial məsuliyyət çərçivəsində təşkil edilən aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə
olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 3500-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların böyük əksəriyyəti uşaqlardır. Həmin uşaqların həyatı qanvermə aksiyalarında toplanan qandan asılıdır.

Artıq 20 ildir Azərbaycanda fəaliyyət göstərən İrşad Electronics müxtəlif markalı mobil telefonların, məişət texnikasının və elektronika mallarının topdan və pərakəndə satışını həyata keçirir. Şirkət Samsung, HONOR və Xiaomi kimi məşhur brendlərin Azərbaycanda rəsmi distribüteridir. Hazırda, Azərbaycanda 30 mağaza və təmir xidmət mərkəzi fəaliyyət göstərir ki, onlardan 21-i Bakıda, 1-i Masazırda, 1-i Xırdalanda, digərləri isə regionlarda yerləşir.

# 2068
avatar

Oxşar yazılar