1633
12:08
01 İyun 2020

Gizli fəaliyyət göstərən uşaq tədris mərkəzi aşkarlandı - FOTO

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb.

DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan Lent.az -a verilən məlumata görə, Baş Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman şəhərin Nizami rayonu ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıb. Dərhal polis əməkdaşları tərəfindən vətəndaş Fətəli Əliyevin icarə əsasında işlətdiyi “Disney_kids_school” uşaq tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. F. Əliyev və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.