"Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yaranıb - YENİLƏNİB
31 may 2020 20:45 (UTC +04:00)

"Crew Dragon"nun Yer ilə rabitə əlaqəsində nasazlıq yaranıb - YENİLƏNİB

ABŞ-ın “Crew Dragon” kosmik gəmisi Beynəlxalq Kosmik Stansiya (BKS) ilə birləşdikdən sonra Yer ilə rabitə əlaqəsinin yaradılmasında çətinlik yaranıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə BKS rəhbəri Kristofer Kassidi Yerlə əlaqə zamanı bildirib. 

Qeyd edək ki, kosmik gəmi 19 saat uçuşdan sonra saat 10:16-da Beynəlxalq Kosmik Stansiyasındakı eniş limanına ilk fiziki təmas edib.

***

19:25

Göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi  Beynəlxalq Kosmik Stansiyaya (BKS) birləşib.

APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, astronavtlar Robert Benhken və Duqlas Hurley rəsmi olaraq Beynəlxalq Kosmik Stansiyaya çatıblar.
Kosmik gəmi 19 saat uçuşdan sonra BKS-ya ehtiyatla birləşib. "Crew Dragon” saat 10:16-da Beynəlxalq Kosmik Stansiyasındakı eniş limanına ilk fiziki təmas edib.

Astronavtların saat 12:30-da "Crew Dragon"dan BKS-ya keçəcəyi gözlənilir.  Astronavtlar Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan NASA astronavtı Kristofer Kassidi və rus kosmonavtları Anatoli İvanişin və İvan Vaqnerə qoşulacaqlar. 
Qeyd edək ki, 19 saat öncə "Falcon 9” raketdaşıyıcısı göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb. 

Raketin kosmosa qalxması NASA-nın rəsmi “YouTube” səhifəsində də canlı yayımlanıb. 

Bu, 2011-ci ildən bəri pilot tərəfindən idarə olunan Amerikanın ilk və göyərtəsində adam olmaqla özəl şirkətin həyata keçirdiyi birinci kosmik uçuşudur. Missiya pilotlu idarə olunan uçuşların gələcəyi və NASA-nın özəl şirkətlərlə əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.

# 2470
avatar

Oxşar yazılar