Komitə sədri: “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub”
31 may 2020 14:48 (UTC +04:00)

Komitə sədri: “Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub”


"1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir".

APA-nın məlumatına görə, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran  Hüseynovanın 1 İyun - Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə hazırladığı “Uşaqlar gələcəyimizdir” məqaləsində əksini tapıb.

H. Hüseynova qeyd edib ki, ötən dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-i isə yaralanıb: “Onlardan ən balacası bir yaş səkkiz aylıq Zəhra Quliyevadır. Ermənistan “Uşaq hüquqları haqqında” Konvensiyanı ratifikasiya edən dövlətdir, ancaq təəssüflər olsun ki, Konvensiya ilə öz üzərində götürdüyü öhdəlikləri kobud şəkildə pozur”.

# 2251
avatar

Oxşar yazılar