Pantomima Teatrı köhnə tamaşaları yeniləyir
31 may 2020 13:50 (UTC +04:00)

Pantomima Teatrı köhnə tamaşaları yeniləyir

Azərbaycan Dövlət Pantomima Teatrı bu gün "Gəldim ki, olam qəmin hərifi" tamaşasını onlayn nümayiş etdirəcək. Tamaşa teatrın “YouTube” kanalından saat 21.00 da yayımlanacaq.

Teatrdan Lent.az-a bildirilib ki, repertuarda olan vaxtilə televiziya kanallarının lentə aldığı bir çox tamaşaları var və onlar artıq oynanılmır. Teatr “Evdə qal, teatrdan qalma” prinsipinə arxalanaraq həmin tamaşaları televiziya kanallarının arxivindən əldə edib yenidən nümayiş etdirməyi planlaşdırır.

Qeyd olunub ki, pandemiya dövründə ən çox əziyyət çəkən qurumlardan biri də teatrlardı. Epidemiyanın qarşısını almaq üçün tamaşaçılara teatra gəlmək qadağan edilib. Pantomima teatrının kollektivi də evdə oturmaqla teatrdan kənarda qalmayıb izləyiciləri bu unudulmuş tamaşalara baxmağa dəvət edir.

Pandemiya dövründən sonra yeni tamaşalar hazırlanacağı vurğulanıb.

# 2806
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar