“Nə yaxşı ki, varsınız...” – Tələbə qızdan Prezidentə məktub
31 may 2020 12:12 (UTC +04:00)

“Nə yaxşı ki, varsınız...” – Tələbə qızdan Prezidentə məktub

 

Ölkə vətəndaşları pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Prezident İlham Əliyevin xüsusi göstəriş və tapşırıqlarını minnətdarlıqla qarşılayır. Bu, onların dövlət başçısına ünvanladıqları məktubda da özünü büruzə verir. 
Lent.az Sumqayıt sakini, tələb Qarayeva Sevcan Tələt qızının məktubunu təqdim edir:

“Çox hörmətli cənab Prezident.
Mən Türkiyədə oxuyan tələbəyəm. Sizinlə fəxr edirəm. Sizin xalqımız, dövlətimiz yolunda çəkdiyiniz zəhməti görürəm və yüksək qiymətləndirirəm. Koronavirusa qarşı gördüyünüz qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə ölüm halları çox aşağıdır. Tikdirdiyiniz xəstəxanalarla insanların sağlamlığına önəm verdiyinizi bir daha sübut edirsiniz. Fəxr edirəm ki, azərbaycanlıyam.
Virusla əlaqədar biz tələbələrin ölkəmizə qayıtması üçün təşkil edilən çarter reysinə görə çox sağ olun. Nə yaxşı ki, varsınız və hər zaman var olun!”.

# 4123
avatar

Oxşar yazılar