Dünyada bu gün - VİDEO
30 may 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MİRZƏ ƏLƏKBƏR SABİR

(1862-1911)

 

Azərbaycanın görkəmli satirik şairi, ictimai xadim,filosofvəmüəllim Ələkbər Zeynalabdin oğlu Tahirzadə (Mirzə Ələkbər Sabir) 1862-ci il mayın 30-da Şamaxıda anadan olub. Əvvəlcə mollaxanada oxuyub, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirib.1906-cı ildən “Molla Nəsrəddin” jurnalının ən fəal müəlliflərindən biri olub və 36 gizli imza ilə çıxış edib. “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin”, “Gəl, gəl, a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və başqa populyar şeirlərin müəllifidir. Seçilmiş əsərləri “Hophopnamə” adı ilə dərc olunub ki, bu da gizli “Hophop” imzası ilə əlaqədardır. Mirzə Ələkbər Sabir 1911-ci il iyulun 12-də vəfat edib və Şamaxıdakı “Yeddi günbəz” qəbiristanlığında dəfn olunub.

 

 

FİKRƏT SADIQ

(1930-2016)

 

Şair, publisist, ssenari müəllifi, kino redaktoru Fikrət Abbas oğlu Sadıqov (Fikrət Sadıq) 1930-cu il mayın 30-daŞamaxışəhərində anadan olub. Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. Müxtəlif illərdə elektrik montyoru, kinomexanik, Şamaxıda müəllim, rayon qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olub. Bir neçə kitabın müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və "Əməkdə igidliyə görə" medalı ilə təltif olunan Fikrət Sadıq 16 noyabr 2016-cı ildə Bakıda vəfat edib. Yazıçı Orxan Fikrətoğlununatasıdır.

 

 

ALEKSANDR DEMYANENKO

(1937-1999)

 

Rusiyanın xalq artisti, aktyor Aleksandr Sergeyeviç Demyanenko 30 may 1937-ci ildə Sverdlovskda anadan olub. Orada məktəbi bitirdikdən sonra aktyorluq sənətinə yiyələnmək qərarına gəlib və bu sahə üzrə təhsil alıb. Akimov adına komediya teatrında, "Lenfilm" kinostudiyasında aktyor kimi çalışıb."Külək", "Mənim əziz atam", "Yarasa", "Səni heç vaxt unutmayacağam", "Çiyələk" və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. "I" əməliyyatı və ya Şurikin başqa macəraları" filmindən sonra komediya aktyoruna çevrilib. Onun rol aldığı "I" əməliyyatı", "Qafqaz əsiri" və "İvan Vasilyeviç peşəsini dəyişir" filmləri sovet komediya kinosunun "qızıl fond"una daxil olub. Aleksandr Demyanenko 22 avqust 1999-cu ildə vəfat edib və Sankt-Peterburqda dəfn olunub.

 

 

ŞÜKUFƏ YUSUPOVA

(1954)

 

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Şükufə Mühəddin qızı Yusupova 1954-cü il mayın 30-da Bakıda doğulub. Görkəmli rejissor Mehdi Məmmədovun rəhbərlik etdiyi kursda oxuyub. 1976-cı ildə Akademik Milli Dram Teatrının aktyor truppasına işə götürülüb. “Tütək səsi”, “Xoşbəxtlik qayğıları”,“Ad günü”, “Asif, Vasif, Ağasif”, “Gümüşgöl əfsanəsi”, “Daşqın”,“Bizim qəribə taleyimiz”,“Həyatın dibində”,“Köhnə ev” kimi film və tamaşalarda yaddaqalan obrazlar yaradıb. Azərbaycan Dövlət Televiziyasının çəkdiyi teletamaşalarda da rol alıb. Şükufə Yusupova müxtəlif illərdə Prezident Mükafatına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb, “Şöhrət” ordeniilə təltif edilib.

 

 

CƏBRAYIL CƏBRAYILOV

(1959-1992)

 

I Qarabağ müharibəsinin şəhidi Cəbrayıl Nuşirəvan oğlu Cəbrayılov30 may1959-cu ildəAğdam rayonununQiyaslıkəndində anadan olub. 1976-cı ildə Söyüdlügöl kənd orta məktəbini bitirib. 1978-1979-ci illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olub. Qarabağ müharibəsi başladıqdan sonra könüllü olaraq vətənin müdafiəsinə qalxıb. Bölük komandiri kimi Xramort, Ağbulaq, Dəhraz, Naxcıvanik, Pircamal, Kətik, Gülyataq ve Canyataq kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Şücaətinə görə "Qurd Cəbrayıl" kimi ad çıxarıb. Cəbrayıl Cəbrayılov 1992-ci il sentyabrın 24-də Xanabad kəndi uğrunda döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub. Azərbaycan Prezidentinin 4 oktyabr1994-cü il tarixli sərəncamı ilə ölümündən sonra"Azərbaycan Bayrağı" ordeniilə təltif olunub. 3 övladı yadigar qalıb.

 

 

JANNA D'ARK

(1412-1431)

 

Fransanın milli qəhrəmanı Janna d'Arkın anım günüdür. O, 1412-ci il yanvarın 6-daFransanınşimal-şərqində,Mezeçayının kənarında yerləşən Domeremi kəndində anadan olub. Uşaqlıq illəri Fransa ilə İngiltərə arasında davam edən Yüzillik müharibənin ən qızğın vaxtına təsadüf edib. 1415-ci ildə İngiltərə kralı V Henri Fransa ordusunu məğlub edərək, ölkəni işğal edib. 13 il davam edən işğaldan sonra Janna d'Ark ortaya çıxaraq, Dofinlər sülaləsindən olan VII Karlı qəti hərbi əməliyyata başlamağa ruhlandırıb və fransız xalqının ingilislərə qarşı azadlıq mübarizəsinə rəhbərlik edib. Bir il ərzində fransız ordusu onun rəhbərliyi altında düşmən əlində olan Orlean, Patay, Truan, Reyms və digər şəhərləri azad edib və 1429-cu ildə Karlı taxt-taca sahib edib.Orlean şəhəri azad olunduqdan sonra xalq arasında "Orlean Qızı" adlandırılıb. 24 may 1430-cu ildə xəyanət nəticəsində ingilislərin müttəfiqi burqundlara əsir düşüb və ingilislərə satılıb. Ruanda qurulmuş kilsə məhkəməsi tərəfindən küfr və cadugərlikdə təqsirləndirilən 19 yaşlı Janna d'Ark 30 may 1431-ci ildə tonqalda yandırılıb. 1455-ci ildə kilsə məhkəməsi işə yenidən baxaraq, Janna d'Arkın günahsız olduğunu elan edib, 1909-cu ildə isə onu müqəddəslər sırasına daxil edib. 1979-cu ildə Fransa hökuməti hər il may ayının ikinci bazar gününün "Janna d'Ark günü" elan edilməsi barədə qərar qəbul edib.

 

 

BEHBUD AĞA ŞAHTAXTİNSKİ

(1881-1924)

Diplomat Behbud ağa Şahtaxtinski 1924-cü ilin bu günü Tiflisdə vəfat edib və orada hazırkıBotanika bağının ərazisindəki köhnə müsəlman qəbiristanlığında dəfn olunub. O, 1881-ci ildə Naxçıvanın Şahtaxtı kəndində doğulub. 1905-1907-ci illərdəBakıdakontor qulluqçuları ittifaqının yaradılmasında və fəaliyyətində iştirak edib. 1917-1918-ci illərdə Bakı Soveti İcraiyyə Komitəsinin, Bakı Xalq Komissarları Soveti fövqəladə komissiyasının üzvü, "Hümmət" təşkilatı Mərkəzi Komitəsinin sədri olub. Aprel işğalından sonra xalq ədliyyə komissarı, Naxçıvan İnqilab Komitəsinin, Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədri, Azərbaycan SSR Xalq Komissarları Soveti sədrinin müavini və başqa vəzifələrdə çalışıb. Naxçıvan diyarının Azərbaycanın tərkibində muxtariyyət statusu qazanmasında mühüm mərhələ olan Moskva və Qars müqavilələrinin bağlanmasında Behbud ağa Şahtaxtinskinin böyük xidməti olub, Qars müqaviləsini Azərbaycan SSR adından məhz o imzalayıb.

 

 

İSMAYIL ƏFƏNDİYEV

(1910-1967)

 

Azərbaycanın əməkdar incəsənət xadimi, aktyor və rejissoru İsmayıl Mahmud oğlu Əfəndiyevin anım günüdür. O, 1910-cu il avqustun 10-da Şamaxıda dünyaya göz açıb. Bir müddət Gəncədə teatr sahəsində çalışdıqdan sonra1939-cu ildə kinostudiyada işə qəbul olunub və burada ömrünün sonuna kimi müxtəlif vəzifələrdə çalışıb."Yeni horizont", "Səbuhi", "Vətən oğlu", "Bəxtiyar", "Qara Daşlar", "Qızmar günəş altında", "Əmək və qızılgül", "İnsan məskən salır", "Arşın mal alan", "O olmasın, bu olsun" və digər bədii filmlərdə müxtəlif obrazlar yaradıb. "Bəxtiyar" bədii filmində ikinci rejissor işləyib, Şüa Şeyxovla birgə "Kölgələr sürünür" macəra filminə quruluş verib, eyni zamanda bir neçə sənədli film çəkib, 200-ə qədər xarici filmi Azərbaycan dilinə dublyaj edib. O, 1946-cı ildəTəbrizəgedib və bir neçə tamaşanı səhnəyə qoyub. İsmayıl Əfəndiyev1967-ci ilin mayında vəfat edib.

 

 

ƏHSƏN DADAŞOV

(1924-1976)

 

Tarzən Əhsən Əliabbas oğlu Dadaşovun xatirə günüdür. O, 1924-cü il sentyabrın 4-də Bakı şəhərində anadan olub. 1938-ci ildə 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumunun tar sinfinə qəbul olub. Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurov və Mirzə Mənsur Mənsurovdan tar ifaçılığı sənətində muğam üzrə dərs alıb. 1940-cı ildə Səid Rüstəmovun rəhbərlik etdiyi xalq çalğı alətləri orkestrinə qəbul edilib. 1960-cı ildə Azərbaycan televiziyası nəzdində xalq çalğı alətləri ansamblı yaradıb və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olub. Onun lentə yazdırdığı "Rast", "Orta Mahur", "Şur", "Zabul-Segah", "Hümayun", "Vilayəti-Dilkeş", "Çahargah", "Bayatı-Şiraz" və s. muğamları Azərbaycan Teleradiosunun "qızıl fond"unu təşkil edir. Əhsən Dadaşov 1976-cı ilin mayında vəfat edib.

 

 

TƏLƏT BAKIXANOV

(1927-2000)

 

Azərbaycanın əməkdar artisti,kamançaçalan,muğamifaçısı Tələt Soltan oğlu Bakıxanov da bu gün xatırlanır. O, 13 iyun 1927-ci ildəBakı şəhərində doğulub. Musiqiçi kimi yetişməsində əmisiƏhməd Bakıxanovun böyük rolu olub. 1945-1947-ci illərdə teatr texnikumunda oxuyub, 1947-1949-cu illərdə isə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində kamança ixtisası üzrəHafiz Mirzəliyevdən vəFiruz Əlizadədən dərs alıb. 1947-ci ildənMüslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının solisti olub. 1988-ci ildənBülbül adına Orta İxtisas Musiqi Məktəbində çalışıb. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində olub, 1970-1980-cı illərdə“Yaxın və Orta Şərq xalqları peşəkar musiqisinin ənənələri və müasirlik” mövzusunda Səmərqənd şəhərində keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. Tələt Bakıxanov 30 may 2000-ci ildəBakıda vəfat edib.

# 2101
avatar

Oxşar yazılar