3811
18:42
29 May 2020

Daha çox yoluxma olan KƏNDLƏRİN ADLARI


“Koronavirusa yoluxanların sayı sağalanların sayından azdır”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, ötən həftələrlə müqayisədə vəfat edənlərin və ağır xəstələrin sayı artsa da, ciddi artım yoxdur: “Bu da tibb müəssisələrinin ötən dövrdə müasir tələblərə cavab verəcək səviyyəyə gətirilməsinin, həkimlərin gərgin əməyinin nəticəsidir”.

R. Bayramlı nəzərə çatdırıb ki, Gəncədə 481, Masallıda 47, Xaçmazda 31 nəfərin koronavirusa yoluxması aşkar olunub: “Son günlər həmin rayonlarda yoluxma yüksək olub. Masallının Əlişan kəndində 12 nəfər, Xaçmazın Köhnə Xaçmaz kəndində 12, Beyləqanın Şahsevən kəndində 5 nəfər koronavirusa yoluxub. Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdə yoluxma yüksək səviyyədədir. Kürdəmirin Sığırlı kəndində 31 nəfərdə yoluxma aşkarlanıb. Bakıda Yasamal, Sabunçu, Nəsimi, Binəqədi, Nərimanov, Xətai, Qaradağ, Suraxanı, Nizami rayonlarında yoluxma daha yüksək olub. Bakının digər rayonlarında yoluxma 3 faizdən aşağıdır”.