3259
16:30
29 May 2020

Avtobus və taksilərə maskasız daxil olmaq qadağan edildi


İctimai nəqliyyatda maskadan istifadə məcburi olacaq.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” qərarda bildirilib.

Bildirilib ki, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan, yəni avtobus, taksi, metro, dəmiryolu və s. nəqliyyat vasitələrində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburi olacaq.