Azərbaycan daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb, 2 nəfər ölüb
28 may 2020 19:20 (UTC +04:00)

Azərbaycan daha 191 nəfər koronavirusa yoluxub, 125 nəfər sağalıb, 2 nəfər ölüb

Azərbaycan Respublikasında 191 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 125 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Lent.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1954 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 4759 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3022 nəfər müalicə olunaraq sağalıb, 56 nəfər vəfat edib, 1681 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 53 nəfərin vəziyyəti ağır, 62 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 284 669 test aparılmışdır.

# 5308
avatar

Oxşar yazılar