Politoloq Putinin qələmini “deşifrə” etdi: “Vəzifəli şəxslər qorxmalıdır...”
28 may 2020 11:11 (UTC +04:00)

Politoloq Putinin qələmini “deşifrə” etdi: “Vəzifəli şəxslər qorxmalıdır...”

Rusiyadakı daşqınlarla bağlı keçirilən mətbuat konfransında prezident Vladimir Putinin əlindəki qələmi ilə davranışı jurnalistlərin diqqətindən yayınmayıb.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, prezidentin anidən qələmi masanın üstünə atması heç də təsadüfi deyilmiş.

Politoloq və siyasi strateq Marat Bəşirov Putinin diyircəkli qələminin niyə bu qədər diqqəti cəlb etdiyini “360”cı telekanala şərh edib.

Politoloqun sözlərinə görə, bu jest prezidentin həddindən artıq narazılığını göstərir, buna görə vəzifəli şəxslər Putinin diyircəkli qələmindən qorxmalıdırlar: “Siyasi şüurda bir qələmin “müqəddəs” mənası var. Bu, bir növ güc simvolu halına gəlir. Əgər prezident qələmi masaya atırsa, bu, o deməkdir ki, çox narazıdır”. 

Bəşirov əlavə edib ki, belə bir halla rastlaşan "əl altında”kı vəzifəli şəxslər dərhal “qaçmalı” və ya inzibati nəzarətdən çıxmaq üçün mümkün olan hər şeyi etməlidirlər.

Putinin qələminə diqqət çəkən Almaniyanın “Süddeutsche Zeitung” qəzetinin jurnalistləri prezidentin sözügedən jestinə bir qədər fərqli yanaşıblar: “Rəsmi görüşlərdə prezident qol saatına toxunursa və ya qələm masanın üstündə tez-tez yerini dəyişirsə, deməli, vəziyyət onun üçün cansıxıcıdır”. 

Alman jurnalistlər Rusiya liderinin sıxıntılarını pandemiya ilə də əlaqələndiriblər. Onlar koronavirusun Putinin 2020-ci il üçün bütün planlarını pozduğuna dair fikirlər səsləndiriblər.

# 45568
avatar

Rəşad Sarıyev

Oxşar yazılar